AZ

Yeni gərginlik: Tehranda HHM aktivləşdi, BƏƏ vətəndaşlarını geri çağırdı

Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti qeydə alınıb.

Musavat.com xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, səslər paytaxtın qərb, mərkəz və cənub-şərq hissələrində kəşfiyyat dronlarına qarşı görülən tədbirlərlə bağlıdır.

Eyni zamanda bildirilir ki, İsrail Birləşmiş Ərəb Əmirliklərinə lazer sistemi göndərib. Financial Times nəşrinin məlumatına görə, bu sistem İran raketlərinə qarşı müdafiəni gücləndirmək məqsədi daşıyır.

Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarına İran, Livan və İraqa səfər etməyi qadağan edib. Rəsmi qurumlar “regional hadisələr” səbəbindən həmin ölkələrdə olan vətəndaşlarını da əraziləri tərk etməyə çağırıb.

Musavat.com

Seçilən
63
musavat.com

1Mənbələr