AZ

Günə 3 dollar maaş - neft səltənətində ağır dönəm

İran rialının dəyərdən düşməsi və dolların kəskin bahalaşması fonunda ölkədə işçilərin gündəlik minimum maaşı təxminən “3 dollar” səviyyəsinə enib.

Musavat.com bildirir kj, Ali Əmək Şurasının qərarına əsasən, ‌2026-cı il üçün aylıq minimum əməkhaqqı 16 milyon 625 min tümən müəyyən edilib. Lakin həftənin əvvəlindən cümə axşamına qədər dolların məzənnəsi 15 faizdən çox artaraq, 180 min tümən həddini keçib. Bu vəziyyət nəticəsində, hətta mövcud şərait dəyişməsə belə, neft səltənəti İranda bir işçinin aylıq maaşı təxminən 90 dollar səviyyəsində qalır.
Gunaz TV-nin yaydığı materialda bir sıra ölkələrlə paralellər aparılıb. Müqayisə üçün qeyd olunub ki, Türkiyədə minimum əməkhaqqı təxminən 730 dollardır, bu da İranla qonşu ölkələr arasında ciddi sosial-iqtisadi fərqi göstərir. Dolların sürətlə bahalaşması və alıcılıq qabiliyyətinin azalması işçilər
və aztəminatlı təbəqələr üzərində təzyiqi daha da artıraraq ölkədə yaşayış böhranını dərinləşdirir.

Bu arada İranda insan haqlarının vəziyyəti də getdikcə pisləşir. “Reporters Without Borders” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis ölkələri sırasında yer alıb. Təşkilat bildirib ki, “İran reytinqin son sıralarında qalmaqda davam edir və bu vəziyyət həm rejimin daxili repressiyaları, həm də onun ərazisində aparılan ABŞ-İsrail müharibəsi ilə bağlıdır.”
İndeksə əsasən, İran 180 ölkə arasında 177-ci yeri tutaraq qlobal mətbuat azadlığı xəritəsində “çox ciddi” kateqoriyaya daxil edilib.

İran jurnalistlər üçün şəraitin ən məhdud olduğu ölkələr qrupuna aid edilib.

Hesabatda İranın belə aşağı göstəriciyə sahib olması uzunmüddətli media məhdudiyyətləri və jurnalistlərə qarşı təqiblər və ya məlumat yayımını məhdudlaşdırmaq üçün hüquqi və təhlükəsizlik mexanizmlərindən istifadə ilə əlaqələndirilir.

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr