AZ

Cəlilabadda baş vermiş qəzada 6 nəfər xəsarət alıb

Cəlilabadda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, “VAZ” markalı iki avtomobil toqquşub.

Nəticədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda
Seçilən
70
apa.az

1Mənbələr