ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz vətəndaşlarına İran, İraq və Livana səyahət etməyi qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.
"Regionda baş verən son hadisələr fonunda BƏƏ Xarici İşlər Nazirliyi vətəndaşların İran, İraq və Livana bütün səyahətlərinin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur", - deyə bildirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.