İsrailin 12-ci kanalı ölkənin yüksək hazırlıq vəziyyətinə gətirildiyini və İranla toqquşmanın yenidən başlama ehtimalına qarşı hərbi hazırlıqların artırıldığını elan edib.
Musavat.com bildirir ki, İsrail rəsmiləri Vaşinqtonla Tehran arasında danışıqların gələn həftənin əvvəlindən etibarən iflasa uğraması ehtimalını ciddi qiymətləndirirlər. Buna səbəb kimi İran lideri Müctəba Xameneiyə aid olduğu bildirilən bəyanatda nüvə və raket proqramlarının davam etdiriləcəyinin vurğulanması göstərilir.
Sözügedən bəyanatda bildirilir ki, “Biz nüvə və raket proqramlarımızı qoruyacağıq”. Bundan əlavə, ABŞ ilə bağlı sərt məqamlar da əksini tapıb, bu ölkə “Körfəzin dibi” adlandırılıb. Dini lider eyni zamanda İranın Hörmüz boğazına nəzarəti davam etdirəcəyini bildirib.
Gunaz.tv-nin yaydığı məlumata görə, İranla Qərb müttəfiqləri arasında gərginlik davam edir və danışıqların uğursuzluğu regionda hərbi qarşıdurmanın yenidən alovlanmasına səbəb ola bilər.
Musavat.com