AZ

Rusiyada Azərbaycan bayraqlarıyla avtomobil sürən Şamil “milli təhlükəsizliyə təhdid“ə görə deportasiya edildi...+VİDEO

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin iyul ayının ortalarında  Saratov şəhərindəki toy kortejində mavi rəngli VAZ-2107 avtomobili idarə edən Azərbaycan əsilli Şamil Babayev yol hərəkəti qaydalarını kobud şəkildə pozmağa başlayıb. Azərbaycan bayraqları ilə örtülmüş avtomobil ikiqat möhkəm xətti keçərək qarşıdan gələn nəqliyyat vasitələrinə çırpıldı və qəzalara səbəb olub. 27 yaşlı Şamil Babayev Rusiya polisi tərəfindən müəyyən edilərək ittiham edilib. 

Moderator.az-ın Rusiya mediası və telegram-kanallarına istinadla verdiyi xəbərə görə, 2025-ci ilin noyabr ayında Saratov şəhəri Leninski Rayon Məhkəməsi Şamili yolda təhlükəli xuliqanlıqda günahkar bilib. Onun sürücülük vəsiqəsi bir il yeddi ay müddətinə dayandırılıb və cinayətdə istifadə edilən nəqliyyat vasitəsi müsadirə edilib.

Həyat yoldaşının sözlərinə görə, 9 aprel 2026-cı ildə Şamil polis bölməsinə çağırılıb və orada ona Rusiya vətəndaşlığının ləğv edildiyi və pasportunu təhvil verməli olduğu bildirilib. Bunun müqabilində ona müntəzəm olaraq polisə müraciət etməsini tələb edən təsviri arayış verilib.

Vətəndaşlığının ləğvi qərarı iddia edilən "milli təhlükəsizliyə təhdid" əsasında verilib.

Son məlumatlara görə isə, artıq məhkəmə Şamil Babayevin vətəninə deportasiyası üçün inzibati qərar verib.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
moderator.az

2Mənbələr