İran Futbol Federasiyasının başçısı Mehdi Tac və onu müşayiət edən federasiya nümayəndələri Kanadanın Toronto şəhərinin əsas hava limanına gəldikdən sonra Kanada immiqrasiya əməkdaşları tərəfindən geri qaytarılıblar.
Musavat.com xəbər verir ki, Futbol Federasiyasının rəsmiləri "immiqrasiya əməkdaşlarının uyğunsuz davranışına etiraz olaraq" öz qərarları ilə geri qayıtdıqlarını iddia ediblər.
Xarici medianın yaydığı məlumatlaraa görə, İran futbol rəhbərliyinin arasında İranın sərt xətt tərəfdarı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş üzvü də olub.
Rəsmilər dünya çempionatı öncəsi Vankuverdə keçiriləcək FIFA toplantısında iştirak etməli idilər.
Kanadanın ictimai təhlükəsizlik naziri Qeri Anandasanqari bildirib ki, məxfilik qanunlarına görə konkret halları şərh edə bilməz, lakin əlavə edib ki, SEPAH üzvləri Kanadada arzuolunan deyil./gunaz.tv
Musavat.com