UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Unikal" xəbər verir ki, "Braqa" Portuqaliyada Almaniya təmsilçisi "Frayburq"u qəbul edib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
İngiltərə komandalarının duelində isə "Nottinqem Forest" evdə "Aston Villa" ilə qarşılaşıb. Meydan sahibləri minimal hesabla qalib gəliblər - 1:0.
Mərhələnin cavab matçları mayın 7-də təşkil olunacaq.