AZ

Unsuz şokoladlı keks necə hazırlamaq olar?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Mətbəxdə klassik keks anlayışını dəyişən, unsuz hazırlanan bu resept həm qlütensiz qidalananlar, həm də intensiv şokolad dadı sevənlər üçün ideal seçimdir. Yumşaq daxili quruluşu və cəmi bir neçə inqrediyentlə hazır olması bu keksə xüsusi maraq yaradır.Lazım olan məhsullar:220 qram tünd (bitter) şokolad180 qram kərə yağı4 ədəd yumurta120 qram şəkər tozu60 qram pudra şəkəriBir çimdik duzHazırlanma qaydasıƏvvəlcə sobanı 170 dərəcəyə qədər isidin. Keksi bişirəcəyiniz qabı yaxşıca yağlayın. Doğranmış şokoladı və kərə yağını buxar vannasında (benmari) əridib soyuması üçün kənara qoyun.Yumurta sarılarını şəkər tozu ilə rəngi ağarana və krem halına gələnə qədər çalın. Ayrı bir qabda yumurta ağlarını bir çimdik duzla köpüklənənə qədər, sonra isə pudra şəkərini əlavə edərək bərkiyənə qədər çırpın.Ilıq hala gəlmiş şokoladlı qarışığı yavaş-yavaş yumurta sarılarına qatın. Hazırladığınız yumurta ağlarını qarışığın sönməməsi üçün spatula vasitəsilə aşağıdan yuxarıya doğru ehtiyatla əlavə edin. Sonda bir az vanil qataraq bircinsli kütlə alınana qədər qarışdırın.Hazır olan xəmiri qaba tökərək üzərini düzəldin və təxminən 45–50 dəqiqə bişirin. Keks otaq temperaturunda soyuduqdan sonra üzərinə pudra şəkəri səpərək süfrəyə verə bilərsiniz.Qeyd edək ki, yumurtaların otaq temperaturunda olması və şokoladın çox isti halda qarışığa əlavə edilməməsi vacibdir. Keksin daxili hissəsinin nəm və yumşaq qalması üçün soba müddətinə diqqət yetirməlisiniz. Dadın daha yaxşı oturması üçün keksi qabdan çıxarmazdan əvvəl bir müddət gözləmək, hətta soyuducuda dincəltmək tövsiyə olunur.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr