AZ

Luis Enrike bu mükafata namizəd oldu

Fransa Peşəkar Futbolçular İttifaqı (UNFP) Liqa 1-də 2025/26 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıda PSJ-nin baş məşqçisi Luis Enrike, "Lion"un çalışdırıcısı Paulo Fonseka, "Lill"in baş məşqçisi Bryuno Jenezio, "Loryan"dan Olivye Pantaloni və "Lans"ın məşqçisi Pyer Saj yer alıb.

Qalib peşəkar klubların baş məşqçiləri arasında keçiriləcək səsvermə yolu ilə müəyyənləşdiriləcək. Nəticələr bu il mayın 11-də baş tutacaq UNFP-nin təntənəli mükafatlandırma mərasimində açıqlanacaq.

Seçilən
37
publika.az

1Mənbələr