AZ

Niderlandda şahzadə Amaliya və Aleksiyaya qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

33 yaşlı Haaqa sakini saxlanılıb, onun üzərindən üzərində şahzadələrin adları həkk olunmuş iki balta aşkar edilib...

Poliqon xəbər verir ki, Niderlandda hüquq-mühafizə orqanları şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlığında şübhəli bilinən şəxsi saxlayıb.

Algemeen Dagblad qəzetinin prokurorluğa istinadən verdiyi məlumata görə, 33 yaşında olan Haaqa sakini saxlanılıb. Araşdırma versiyasına əsasən, cinayətə hazırlıq hələ fevral ayından başlayıb. Saxlanılan şəxsin üzərində aparılan axtarışlar zamanı iki balta aşkar edilib ki, onların üzərində şahzadələrin adları həkk olunub. İş üzrə ilk məhkəmə iclası mayın 4-nə təyin edilib.

Xatırladaq ki, 2022-ci ildə ciddi təhdidlər səbəbindən şahzadə Amaliya Amsterdamdakı tələbə yataqxanasını tərk edərək gücləndirilmiş mühafizə altında saraya qayıtmağa məcbur olmuşdu. Hakimiyyət orqanları yeni hadisə ilə əlaqədar əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülməyəcəyini hələlik dəqiqləşdirməyib.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr