AZ

Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Liverpul" və Misir millisinin hücumçusu Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az "A Spor"a istinadən xəbər verir ki, "Fənərbaxça" 33 yaşlı forvardın transferində maraqlıdır.

Mənbənin sözlərinə görə, İstanbul klubunun rəhbərliyi artıq Salahın nümayəndələri ilə bir neçə görüş keçirib. Salah ildə 20 milyon avro maaş tələb edir.

Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir, lakin o, artıq mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
sport24.az

1Mənbələr