AZ

BƏƏ vətəndaşlarının bu ölkələrə səyahətini qadağan etdi


Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının İran, İraq və Livana səyahət etməsini qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.
Nazirlik bu ölkələrdə yerləşən bütün Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına mümkün qədər tez vətənlərinə qayıtmağı tövsiyə edib.
“Regionda baş verən son hadisələr fonunda BƏƏ Xarici İşlər Nazirliyi BƏƏ vətəndaşlarının İran, İraq və Livana bütün səyahətlərinin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur”, - nazirliyin bəyanatında deyilir.
Seçilən
19
2
yeniavaz.com

4Mənbələr