Məktəblərin 63%'i, şagirdlərin isə 81%-nin internetə qoşulma imkanı var.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun açılış mərasimində deyib.
O bildirib ki, növbəti mərhələdə bu say çoxalacaq.
"Əsas hədəfimiz hər bir şagirdə 1 kompüter nisbətini təmin etməkdir. Hazırda 530 min şagird rəqəmsal bacarıqlar layihəsində iştirak edir",- o vurğulayıb.