AZ

"İdman təkcə sağlam həyat tərzi deyil, həm də sosial yüksəliş, karyera və özünü təsdiq yoludur" - Azər Əliyev

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

Mövzu ilə bağlı "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev QHT.az-a açıqlama verib.

A.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin güləşçilərlə görüşü dövlətin idmana verdiyi strateji önəmin bariz nümunəsidir: "Prezident İlham Əliyevin güləşçilərlə görüşü təkcə mövcud çempionların təltif olunması deyil, eyni zamanda cəmiyyətə verilən açıq mesajdır; idman dövlət üçün prioritet sahədir və uğur qazanan hər bir gənc diqqət və qayğı ilə əhatə olunur. Bu yanaşma, xüsusilə Avropa Çempionatı kimi mötəbər yarışlarda əldə olunan nəticələrin yüksək səviyyədə qiymətləndirilməsi ilə özünü daha qabarıq göstərir".

Azər Əliyev bildirib ki, bu cür görüşlər gənclərin motivasiyasına ciddi təsir göstərir: "Real yanaşsaq, belə görüşlər gənclər üçün çox güclü psixoloji stimuldur. Gənclər konkret nümunə görürlər; zəhmət, intizam və davamlı məşq nəticəsində həm beynəlxalq uğur qazanmaq, həm də dövlət səviyyəsində tanınmaq mümkündür".

Sədr vurğulayıb ki, regionlarda yaşayan gənclər üçün idman böyük perspektiv yaradır: "Bu, xüsusilə regionlarda yaşayan və idmana yeni başlayan gənclər üçün ciddi motivasiya mənbəyidir. Onlar anlayırlar ki, idman təkcə sağlam həyat tərzi deyil, həm də sosial yüksəliş, karyera və özünü təsdiq yoludur".

A.Əliyevin fikrincə, dövlət diqqəti idman sahəsində yeni istiqamətlərə marağı artırır: "Digər tərəfdən, bu cür diqqət idman infrastrukturuna və məşqçi məktəbinə marağı da artırır. Gənclər yalnız idmançı kimi deyil, gələcək məşqçi və mütəxəssis kimi də bu sahəyə yönəlməyə başlayırlar".

Azər Əliyev qeyd edib ki, bu yanaşma ölkədə sağlam gənc nəslin formalaşmasına xidmət edir: "Nəticə etibarilə, bu proses uzunmüddətli perspektivdə ölkədə sağlam, intizamlı və məqsədyönlü gənc nəslin formalaşmasına real təsir göstərir".

Fatimə Nəbiyeva

Seçilən
32
qht.az

1Mənbələr