AZ

UEFA ona ağır cəza kəsdi

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Canluka Prestianninin aqibəti müəyyənləşib. UEFA “Benfika”nın futbolçusunu ağır cəzalandırıb."Football-plus.az" xəbər verir ki, buna onun Çempionlar Liqasının pley-offunun “Real”la ilk matçındakı (0:1) davranışı səbəb olub. UEFA-nın yaydığı məlumata görə, 20 yaşlı argentinalı yarımmüdafiəçi oyun zamanı madridlilərin oyunçusu Vinisius Juniora qarşı ayrı-seçkilik edib və homofob ifadələr işlədib. Buna görə də Prestianni 6 oyunluq cəzaya layiq bilinib. Bu cəza yalnız avrokuboklardakı oyunlara şamil ediləcək.Məlumatda qeyd olunur ki, 3 oyunluq cəza şərti xarakter daşıyır. Canluka növbəti 2 il ərzində intizam qaydalarını pozmasa, cəza ləğv oluna bilər. Əks halda argentinalı futbolçu daha 3 matçı buraxmalı olacaq. UEFA həmçinin FİFA-dan qadağanı bu təşkilatın bayrağı altında keçirilən turnirlərə şamil etməsini istəyib. Bu tələb təmin olunarsa, Prestianni beynəlxalq oyunları, o cümlədən bu yay keçiriləcək dünya çempionatını buraxmaq riski ilə üzləşib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
icma.az

2Mənbələr