AZ

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb - Yenilənib 

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb...

Poliqon xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Komissiyanın sədri Ziyafət Əsgərov sədr, üzvləri Fazil Mustafa, Mubariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva, Səbinə Xasayeva olub.

***

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Poliqon-nun xəbərinə görə, spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədlərlə bağlı münasibətləri dayandırmağa məcbur olub, Avropa Parlamentinin səylərindən sonra 2016-cı ilin sentyabrında münasibətlərin bərpasına dair qərar verilib.

“Təəssüf ki, ötən 10 il Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək niyyətində olmadığını göstərib. Ərazi bütövlüyümüzün bərpası Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini daha da aktivləşdirib. Bütün bunlar həmin qurumun əslində hansı parametrlər əsasında fəaliyyət göstərdiyini ortaya qoyur”, - spiker qeyd edib.

***

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Poliqon xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Avropa Parlamenti 30 aprel tarixində Azərbaycanla bağlı qətnamə qəbul edib. (APA)

Poliqon.info

Seçilən
24
2
poliqon.info

9Mənbələr