AZ

Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul edəcək

BAKI, 1 may. TELEQRAF

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 4 may 2026-cı il tarixində Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 3 may 2026-cı il tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaqdır.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Seçilən
91
3
teleqraf.com

6Mənbələr