AZ

Ölkəmizdə hotellərdəki yerlərin 82% faizi boş qalıb

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olmuşdur.

Banker.az DSK-ya istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 3,5 faizi Qubada, 3,5 faizi Qəbələdə, 2,8 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,5 faizi Şamaxıda, 1,2 faizi Xaçmazda, 1,2 faizi Şabranda, 1,0 faizi Ağdamda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, 0,8 faizi Şuşada və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

2026-cı ilin yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 493,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,9 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 12,8 faizi Rusiya Federasiyası, 12,6 faizi Türkiyə, 9,5 faizi Hindistan, 6,2 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İsrail, 4,4 faizi Pakistan, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi Çin, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,6 faizi Küveyt, 2,4 faizi ABŞ, 2,3 faizi Böyük Britaniya, 1,6 faizi Almaniya, 1,3 faizi İran, 1,0 faizi İtaliya, 0,9 faizi Gürcüstan, 0,7 faizi Ukrayna, 23,7 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşmüşdür. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9 faizi Bakıda, 9,7 faizi Qusarda, 5,2 faizi Naftalanda, 2,0 faizi Qəbələdə, 1,2 faizi Qubada, 3,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Seçilən
40
6
azpost.info

10Mənbələr