AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" matçı ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
saytlarin hazirlanmasi