AZ

Ən çox neft ehtiyatına malik ölkələr açıqlandı: Azərbaycan neçəncidir?

Hazırkı qlobal enerji məlumatları əsasında dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrinin siyahısı açıqlanıb.

Publika.az “Haber 7”yə istinadən xəbər verir ki, siyahıda birinci yeri 303 milyard barellə Venesuela tutur.

İkinci yerdə 267,2 milyard barellə Sədiyyə Ərəbistanı, 3-cü yerdə isə 208,6 milyard barellə qonşumuz İran qərarlaşıb.

Həmçinin, 163,1 milyard Kanada, 145 milyard İraq, 113 milyard Birləşmiş Ərəb Əmirlikləri, 101,5 milyard Küveyt, 83,7 milyard ABŞ, 80 milyard Rusiya, 48,3 milyard barellə Liviya ilk onluğu tamamlayır.

Azərbaycan bu siyahıda 7 milyard barellə 19-cu yerdədir.

Seçilən
0
1
publika.az

2Mənbələr