AZ

"Kəpəz" "Sumqayıt"la oyuna 2 itki ilə çıxacaq - ADLAR

Misli Premyer Liqasının 30-cu turuna mayın 2-də Yevlaxda start veriləcək. Açılış oyununda "Sumqayıt"la qarşılaşacaq "Kəpəz"in meydana neçə itki ilə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a "sarı-göylər"in sözçüsü Gəray Qiyasov məlumat verib:

"Heyətdə cəzalı futbolçu yoxdur. Əməliyyat olunan Məqsəd İsayev ilə Veysəl Rzayev isə təkcə bu oyunda yox, mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcəklər".

"Kəpəz" - "Sumqayıt" qarşılaşmasının start fiti 16:00-da səslənəcək. Hazırda Gəncə komandası 21 xalla turnir cədvəlində 10-cu yerdədir.

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr