AZ

Azərbaycan millisi Belarusdan revanş aldı

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, komanda yenə Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin qollarını Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda bu rəqibə 1:3 hesabı ilə uduzub.

Seçilən
19
4
fanat.az

8Mənbələr