AZ

“Telegraph”: NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir

NATO ölkələri Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılması məsələsini müzakirə etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Telegraph” alyansdakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, NATO-nun əsas qərarverici orqanı olan Şimali Atlantika Şurasında bu mövzu gündəmdə deyil və nə Berlin, nə də Vaşinqton belə bir addımla bağlı rəsmi siqnal verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 29-da Almaniyada yerləşən qoşunların sayının azaldılması ehtimalını istisna etməyib. Qəzetin məlumatına görə, bu bəyanat Almaniya Kansleri Fridrix Mertsin açıqlamalarına cavab olaraq səsləndirilib.

Seçilən
14
2
yeniazerbaycan.com

3Mənbələr