AZ

Batumidə beynəlxalq axtarışda olan cinayətkar yaxalandı – Türkiyəyə ekstradisiya ediləcək

Batumidə İnterpolun “Qırmızı bülleten”lə axtardığı Türkiyə vətəndaşı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Polisi məlumat yayıb.

Batumi şəhərində keçirilən əməliyyat nəticəsində İnterpolun xətti ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı yaxalanıb.

42 yaşlı şəxs öz ölkəsində ağır bədən xəsarəti yetirmək və qətl törətməkdə ittiham olunur.

Hazırda saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Gələcəkdə onun Türkiyəyə ekstradisiya edilməsi nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
15
interpress.az

1Mənbələr