AZ

Giorgi Xaindrava: "WUF13 uzunmüddətli milli maraqlara xidmət edən strateji platformadır

Tbilisi, 1 may, AZƏRTAC

WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün yalnız nüfuz məsələsi deyil, həm də uzunmüddətli milli maraqlara xidmət edən strateji platformadır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Giorgi Xaindrava deyib.

Onun sözlərinə görə, şəhərsalma çox mürəkkəb problemdir. Çünki Gürcüstan da Azərbaycan kimi ənənəvi olaraq kənd təsərrüfatı ölkəsidir. Şəhərsalma isə bu istiqamətdə müəyyən problemlər yaradır.

“Hazırda dünyada 70 milyona yaxın insan aclıq şəraitində yaşayır. Buna görə də yaxın illərdə və onilliklərdə ən vacib məsələ bizim istehsal edə bildiyimiz ərzaq məhsulları olacaq. Çünki bizim kənd təsərrüfatı üçün çox gözəl imkanlarımız var.

Ona görə də bu məsələlərə çox ehtiyatla yanaşmaq lazımdır. Gürcüstanda isə hamı Tbilisiyə üz tutur, insanlar kütləvi şəkildə şəhərə köçür. Mən düşünmürəm ki, şəhər iqtisadiyyatın inkişafı üçün ən yaxşı məkandır. İqtisadiyyat yalnız bir sahə üzərində qurulmur və bu gün dünyada kənd təsərrüfatı çox mühüm rol oynayır.

Bu baxımdan hesab edirəm ki, məsələyə diqqətlə yanaşılmalı, insanlar ata-babalarının yaşadığı yerlərdə qalaraq ənənəvi əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Düşünürəm ki, əsas məqsəd regionların da inkişafına nail olmaq olmaqdır”, - deyə siyasi şərhçi qeyd edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
0
1
azertag.az

2Mənbələr