AZ

Avropa Parlamenti yeni miqrasiya paktını müzakirəyə çıxarıb

Avropa Parlamenti QHT-lərin dənizdə xilasetmə əməliyyatlarını tənzimləyən yeni qanun layihəsini səsverməyə çıxarıb. Yeni qaydaların humanitar təşkilatların fəaliyyətini daha ciddi nəzarət altına alması nəzərdə tutulur.

QHT.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Bildirilib ki, bu dəyişiklik xüsusilə Médecins Sans Frontières (Sərhədsiz Həkimlər) kimi təşkilatların kəskin etirazına səbəb olub.

QHT-lər hesab edir ki, bu qaydalar dənizdə xilasetmə əməliyyatlarının effektivliyini azalda və miqrantların təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Nigar Rəhimova

Seçilən
2
qht.az

1Mənbələr