AZ

Sabah 26 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi ərazilərdə qısamüddətli zəif yağış ehtimalı var.

Turkustan.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək, axşama doğru isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10–13°, gündüz isə 16–20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60–70% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə yağıntı müşahidə oluna bilər. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşməsi, şimşək çaxması və dolu düşməsi ehtimalı da var. Bəzi bölgələrdə arabir duman da müşahidə edilə bilər.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9–13°, gündüz 21–26° isti, dağlıq ərazilərdə isə gecə 3–8°, gündüz 13–18° isti olacaq.

Seçilən
17
49
turkustan.az

10Mənbələr