AZ

Elvin Cəfərquliyev əvəzedici də meydana çıxdı, qol vurdu 

“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətdə meydana çıxıblar.

İdmanxeber.az-ın məlumatına görə, oyunçular “Zirə-2″yə qarşı görüşdə forma geyiniblər. Matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 5:1.

Hüseynov 49-cu dəqiqədə komandasının ikinci, Cəfərquliyev isə 73-cü dəqiqədə penaltidən üçüncü qolunu vurub. 

Qeyd edək ki, hər iki oyunçu əsas komandanın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilib. 

Seçilən
17
idmanxeber.az

1Mənbələr