AZ

Polşa yüz minlərlə tank əleyhinə mina alır

Polşa Silahlanma Agentliyi MN-123 tank əleyhinə minalarının tədarükü üçün Bydgoskie Zakłady Elektromechaniczne Belma şirkəti ilə böyük müqavilə imzalayıb.

Herbiand.az xəbər verir ki, müqavilə 10 minlərlə dəstin alınmasını nəzərdə tutur ki, bu da faktiki olaraq yüz minlərlə sursat deməkdir.

Müqavilənin ümumi dəyəri təxminən 3,4 milyard zlotı (təxminən 933,8 milyon dollar) təşkil edir. Minanın dəqiq sayı rəsmi olaraq açıqlanmayıb, lakin qeyd edilib ki, arsenal ehtiyatı əhəmiyyətli dərəcədə doldurulacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr