AZ

“İnanıram ki, futbolçularımız bizə erkən çempionluq sevincini yaşadacaq” – Elgiz Kərəmli 

“Şimal”la görüşdə qələbə qazansaydıq, çempionluğu təmin etmək üçün bizi cəmi bir xal ayıracaqdı. Lakin rəqib də liqada qalmaq uğrunda mübarizə apardığı üçün xal qazanmaq məqsədilə oyuna çıxmışdı. Onlar üçün bir xal kifayət qədər yaxşı nəticə idi və bunu əzmkar oyunları ilə haqq etdilər”.

Bu sözləri İdmanxeber.az saytına “Şəfa”nın baş məşqçi Elgiz Kərəmli “Şimal” oyunu (0:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Sıx müdafiə olunaraq bizə çətinlik yaratdılar. Belə müdafiə olunan rəqibə qarşı epizodlar yaratmaq daha çətin olur. Buna baxmayaraq, futbolçularımız qələbə qazanmaq üçün çox çalışdı, xeyli sayda qol vəziyyəti yaratdı. Təəssüf ki, bu fürsətlərdən yararlana bilmədik.

Çempionluğu rəsmiləşdirmək üçün növbəti turlarda bizə 3 xal lazımdır. Növbəti turda rəqibimiz “Difai” komandası olacaq. Onlar da liqada qalmaq üçün xallar qazanmağa çalışır. Stadionun bərbad vəziyyətdə olması işimizi daha da çətinləşdirəcək. Lakin inanıram ki, futbolçularımız bizə erkən çempionluq sevincini yaşadacaq”.

Seçilən
3
idmanxeber.az

1Mənbələr