AZ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçiriləcək  

2026-cı il mayın 16-da “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçiriləcək. Bu tədbirin əsas tərəfdaşı isə TDT-yə üzv ölkələrin QHT Platforması olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun ( AMQF) İdarə Heyətinin üzvü, deputat Azər Allahverənov media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 8 ölkədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə Türk dünyasının məsələlərinə dair geniş müzakirələr aparılacaq: "Daim sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan türk dövlətlərini ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir. Bu regional tədbir çərçivəsində Azərbaycanla Şimali Kipr, Qırğızıstan və Türkmənistan vətəndaş cəmiyyəti təmsilçiləri arasında ikitərəfli QHT forumları da baş tutacaq. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti Platformanın əsas məqsədidir. Biz türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə güclənən mövqeyinə dəstək olaraq əməkdaşlıq imkanlarımızı genişləndirəcəyik. Biz son yarım ildə artıq ikinci dəfə Azərbaycanda Həmrəylik Forumuna toplaşırıq. Çox şadıq ki, Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyi kimi qəbul olunur”.

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr