AZ

Azərbaycanda avtobus sürücüsü sevdiyi xanıma evlilik təklif etdi - VİDEO

Azərbaycanda avtobus sürücüsü sevdiyi xanıma evlilik təklif edib.

Ölkə.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Əvvəlcə sərnişinlərdən vaxtlarını aldığı üçün üzr istəyən sürücü avtobusda olan Çinarə adlı xanımı yanına dəvət edib.

Avtobusu gül ləçəkləri ilə bəzəyən sürücü xanıma diz çökərək evlilik təklif edib və ona üzük taxıb.

Sərnişinlər cütlüyü alqışlayaraq xoşbəxtlik arzu ediblər.

Həmin görüntüləri təqdim edirik:

Billurə

Seçilən
13
olke.az

1Mənbələr