AZ

“Azmikroinvest” BOKT-un vəziyyəti məlum oldu – HESABAT

“Azmikroinvest” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı kredit təşkilatının hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin faiz gəlirləri 505 min 172 manat olub. Bu, 2024-cü illə müqayisədə 140 min 6 manat və ya 38,3% çoxdur. Şirkətin faiz xərcləri 45 min 992 manat olub ki, bu da, illik müqayisədə 33 min 701 manat (3,7 dəfə) artım deməkdir.

Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların həcmi 25 min 854 manat olub. Nəticədə şirkətin xalis faiz gəlirləri 2024-cü ilə nəzərən 80 min 451 manat (22,8%) artıb.

Ötən il şirkətin haqq və komissiya gəlirləri 104 min 750 manat (7 min 651 manat / 7,9% çox), haqq və komissiya xərcləri 18 min 472 manat (6 min 460 manat / 53,8% çox), inzibati və digər əməliyyat xərcləri 192 min 237 manat (16 min 663 manat / 9,5% çox) olub.

2025-ci ildə BOKT 67 min 173 manat mənfəət vergisi ödəyib. Bu, illik müqayisədə 12 min 132 manat (22%) çoxdur. Nəticədə xalis mənfəət 268 min 692 manata bərabər olub ki, bu da, 2024-cü ildəki xalis gəlirlərdən 48 min 529 manat və ya 22% çoxdur.

Hesabat dövrünün sonuna şirkətin cəmi aktivləri 2 milyon 696 min manat təşkil edib. Bu, əvvəlki ilə nəzərən 500 min manat (22,8%) çoxdur.

Öhdəliklərin həcmi isə bir ildə 111 min 613 manat (33,1%) artaraq 449 min 312 manata yüksəlib.

2025-ci ilin sonunda “Azmikroinvest” BOKT-un cəmi kapitalı 2 milyon 247 min manata bərabər olub. Bu, 2024-cü ilin sonundakı göstəricidən 388 min manat və ya 20,9% çoxdur.

“Azmikroinvest”“Azmikroinvest”“Azmikroinvest”
Seçilən
15
fed.az

1Mənbələr