AZ

Prezidentin köməkçisi: Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələrinin qarşısında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir və beynəlxalq tərəfdaşlar regionu köhnə narrativlərə qaytarmamalıdır: “Biz bütün tərəfdaşlarımızı sülh gündəliyimizi dəstəkləməyə çağırırıq. Regionu köhnə narrativlərə qaytarmaq cəhdləri faydalı deyil və əks nəticə verir”.

Hikmət Hacıyev qeyd edib ki, Cənubi Qafqazda yeni status-kvo formalaşıb və bu reallıq beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin tarixi ədalətə əsaslanır.

O, xüsusilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini diqqətə çatdırıb.

“Həmin gün Ermənistan-Azərbaycan münasibətlərində növbəti tarixi an yaşandı. Azərbaycanın Baş nazirinin müavini yarı rəsmi səfərlə Ermənistan Respublikasına getdi. Hər iki tərəf müxtəlif istiqamətlər üzrə hökumətlərarası müzakirələr apardı”.

Seçilən
13
6
aznews.az

8Mənbələr