AZ

Misirli iştirakçı: Gənclər qlobal müzakirələrin formalaşmasında əsas aktorlara çevrilirlər

Bakı, 1 may, AZƏRTAC

Postkolonial gələcəkdən danışanda biz yalnız tarixdən danışmırıq. Bu gün biz gücdən, narrativlərdən və qlobal təsirdən söhbət açırıq. Çünki müstəqillikdən sonra belə, bir çox cəmiyyətlər hələ də keçmiş strukturların və indiki qlobal dinamikaların formalaşdırdığı bərabərsizliklərlə üzləşir. Bu baxımdan gənclərin rolu olduqca vacib amilə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu Misirdən gələn iştirakçı İsmael Ehab Mohamed Jaber “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda çıxışı zamanı deyib.

"Bu gün güc yalnız siyasi və ya iqtisadi deyil, həm də media, informasiya və narrativ üzərində qurulub.

Bu sahədə gənclər sadəcə iştirakçı deyillər. Onlar qlobal müzakirələrin formalaşmasında əsas aktorlara çevrilirlər.

Məhz buna görə Bakı Təşəbbüs Qrupu kimi təşkilatlar çox önəmlidir. Onlar regionlar arasında ideyaları birləşdirir və dialoqu real təsirə çevirir.

Həmçinin qeyd etmək istərdim ki, gənclər media və platformalardan istifadə edərək öz ideyalarını yayır, özlərini inkişaf etdirirlər.

Əsas sual gələcəyin necə olacağı deyil, gənclərin onun formalaşmasında hansı rolu oynayacağıdır", - deyə misirli gənc bildirib.

Müxbirlər - Göyçək Mahmudlu, Səbinə Əlizadə, Əyyub Ələsgərov
Fotoqraf - Səfiyar Məcnun
Operator - Şövqi Əzizov
Seçilən
18
1
azertag.az

2Mənbələr