AZ

FHN tərəfindən Yevlax şəhərində texniki təhlükəsizliyə dair seminar-müşavirə keçirildi

BAKI, 1 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişlik rəisi Natiq Seyidəhmədov, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Agentliyin müfəttişlik rəisi Natiq Seyidəhmədov müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini, eləcə də bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.

Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud vəziyyətdən söz açıb, baş verə biləcək bədbəxt hadisələrin vaxtında qarşısının alınması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirlərin daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndiriblər.

Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Seçilən
0
6
teleqraf.com

10Mənbələr