AZ

Prezidentin orden verdiyi Ədalət Fərəcov kimdir? DOSYE

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ədalət Fərəcovu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.

Ölkə.Az Ə.Fərəcovun dosyesini təqdim edir:

Ədalət Fərəcov 1936-cı ildə Masallı rayonunun Kürdəbaz kəndində dünyaya gəlib. Masallı rayon onillik orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (ADPİ) ali təhsil alıb. 1963-cü ildə ali məktəbin Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən

Ə.Fərəcov institutda saxlanılıb. 1970-ci ildə namizədlik dissertasiyası, 1990-cı ildə doktorluq dissetasiyası müdafiə edib. 

1988-1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hərbi və fiziki təlim fakültəsinə dekan işləyib. 15 ildən artıq müddətdə respublikada biologiya fənni üzrə olimpiadanın sədri vəzifəsində çalışıb. 7 monoqrafiyanın, 8 dərsliyin, 3 dərs vəsaitinin və çoxlu sayda fənn proqramlarının müəllifidir.

1994-cü ildən 2017-ci ilədək ­ADPU-nun Fiziologiya kafedrasının müdiri, AMEA Fiziologiya İnstitutunun dissertasiya müdafiəsi şurasının həmsədri vəzifəsində işləyib.

Ədalət Fərəcov mərhum dövlət başçısı ­Heydər Əliyevə 1992-ci ildə müraciət imzalamış və Yeni Azərbaycan partiyasını yaradan məşhur 91-lərdəndir.

2006-cı ildə o, Prezident təqaüdünə layiq görülüb.

2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. 

Bundan başqa, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, Elm və Təhsil Nazirliyinin “Əlaçı” döş nişanına layiq görülüb.

O bu gün Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
olke.az

4Mənbələr