AZ

Bakının ekologiyasının yaxşılaşdırılması üçün tədbirlər görülür

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu sözləri paytaxtda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forumun panelində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov deyib. “Bakının müasir simasını formalaşdıran və artıq qlobal tanıtım elementinə çevrilən memarlıq nümunələri ilə qürur duyuruq. Həmçinin şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu sahədə müasir texnologiyaların tətbiqi ilə sənaye tullantılarının azaldılması, alternativ enerji mənbələrinin inkişafı və Xəzər dənizinin mühafizəsi üzrə layihələr uğurla davam etdirilir”, - deyə M.Hüseynov vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli yenidənqurma və bərpa işlərinin həm vətəndaşlarımız, həm də xarici qonaqlar tərəfindən böyük heyranlıqla qarşılandığını da söyləyən şöbə müdiri qeyd edib ki, insanlar Qarabağ və Şərqi Zəngəzura hər növbəti səfəri zamanı yeni-yeni nailiyyətlərin şahidi olurlar.Mətin Hüseynov həmçinin əlavə edib ki, son illərdə Bakı şəhərində IDEA İctimai Birliyi ilə birgə çoxsaylı layihələr icra olunub. Atatürk, Nizami Gəncəvi, Gənclik və Xəqani bağı kimi parklar tamamilə yenidən qurularaq sakinlərin və qonaqların ixtiyarına verilib. Xüsusilə Xəqani bağında piyada zonalarının genişləndirilməsi həm sakinlərin rahatlığı, həm də şəhər mühitinin müasirləşdirilməsi baxımından mühüm addımdır."Biz təkcə mərkəzi deyil, həm də paytaxtın qədim kənd və qəsəbələrini diqqətdə saxlayırıq. Bibiheybət, Ramana, Balaxanı kimi ərazilərdə bərpa və abadlıq işləri aparılır". O qeyd edib ki, əsas məqsəd binaları öz tarixi üslubuna uyğun bərpa etməklə yanaşı, həm də insanların yaşayış şəraitini yaxşılaşdırmaq və mədəni irsimizi qorumaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
azvision.az

1Mənbələr