AZ

Brüssel bürokratiyası və “üçbaşlı müharibə partiyası”: Zahid Orucdan sərt siyasi ittiham

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq təkcə region dövlətləri üçün deyil, həm də illərlə bu coğrafiyada siyasi təsir rıçaqları qurmağa çalışan beynəlxalq güc mərkəzləri üçün ciddi sınaq yaradıb.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, işğal faktını tarixə çevirməsi və postmünaqişə dövründə sülh gündəliyini önə çıxarması bir çox dairələrin uzun illər üzərində siyasət qurduğu “münaqişə kapitalı”nı zəiflədib.

Məhz bu fonda Avropa Parlamenti və Brüssel bürokratiyasının qəbul etdiyi qərəzli qətnamələr, selektiv yanaşmalar və Ermənistan üzərindən regiona təsir cəhdləri daha açıq görünür.

Deputat Zahid Orucun səsləndirdiyi fikirlər də bu siyasi kontekstdə Qərbin ikili standartlarını, sülh prosesinə müdaxilə edən dairələri və “üçbaşlı müharibə partiyası” adlandırdığı beynəlxalq şəbəkənin mahiyyətini sərt şəkildə hədəfə alır.

Onun yanaşması Avropa institutlarının demokratiya və insan haqları pərdəsi altında Cənubi Qafqazda yeni qarşıdurma xətləri formalaşdırmaq cəhdlərinə qarşı siyasi ittiham aktı kimi qiymətləndirilə bilər.

Gununsesi.info Zahid Orucun şərhini təqdim edir:

“Son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda,Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiəedənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını  aydın görürük.

1990-2000-ci illərdə yalnız erməni əhalisinin humanitar böhrana məruz qalması və müdafiəsi iddia edən avrübürokratlar münaqişənin siyasi köklərinipərdələyərək separatizmə dəstək verir, öz müqəddaratını təyin etməyi qabardır, dondurulmuş münaqişə və “status-kvo” ifadələri ilə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtdırmağa  çalışırlar.

2020-ci ildə Vətən müharibəsində Qələbəmizdənsonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusualtında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər.

Hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəratə tələb edərdilər.

Dünən sənəddəki “Dağlıq Qarabağ” terminiişğalçıların təkcə Qorbaçov deyil, eynilə Qərb dövlətləri və parlamentlərindən maliyyə, siyasi və hərbi yardım aldıqlarını sübut edir. Halbuki Ermənistan hökuməti həmin ifadələri işlətmir.

Lakin ən başlıcası,  qətnamənin adıdır, sitat-Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsi, xarici müdaxilədən-Moskvadan gələn hibrid hücumlardan qorunmaq. Əgər doğrudan məqsəd 11 milyon avronu xərcləyib Ermənistanı xarici informasiya hücumlaırından qorumaqdırsa, onda tam əksinə regionda sülhə zərbə vuran,  Paşinyanın seçki platformasının əsas ideyasını-Azərbaycanla normallaşma prosesini pozan, “üçbaşlı müharibə partiyası”nı gücləndirirən həm də Brüssel bürokratiyasıdır. Əlbəttə, onların böyük bir hissəsi qonşu dövlətlərin agentləridir.  

Eva Kaylinin korrupsioner davamçıları qorxur ki, iki xalqın  düşmənçiliyi sona çatar və odövlətlərin əli kəsilər. Qarabağ məsələsi gündəlikdən çıxdıqca, keçmiş imperiya varisləri Qafqaza qorxu kültürünü yaya, silah sata, neft-qaz resurslarını ələ keçirə bilməzlər.  

Bir neçə ay sonra sülh müqaviləsi imzalananda, iki millət arasında diplomatik, siyasi və ticarətəlaqələri yarananda avroqətnamələr utanc səhifələri kimi tarixin arxivinə atılacaq.

Qarabağ əhalisini geri qaytamağa çalışanlar yəqin, Şuşa, Xankəndi azərbaycanlılarını nəzərədə tuturlar.Paşinyanın ən böyük rəqibləri daxildə üçbaşlı müharibə partiyası deyil, İrəvanın düşmənləri aprelin 11-12-də Parisə toplaşan 22 dövlətin təmsilçiləri və dünən qətnaməyə səs verən deputatlardır.

Son 35 ildə ilk dəfə Azal təyyarəsi İrəvana gedib-təhlükəsiz şəraitdə Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırırlar..Belə bir vaxtda, barışa və təhülkəsilziyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar.

Bəs parlamentimizin cavabı nə olmalıdır-biz bəyan etməliyik ki, sülh prosesinə zərbə vuranlara qarşı İrəvan Bakı ilə birlikdə  eyni səngərdə dayanmalıdır. Ermənistan rəsmən bəyan etməlidir ki,  son 30 ildə işğali legitimləşdirmək üçün qurduqları infrstuktur, o cümlədən, dini-mədəni abidələri və qayıdış məsələsini  kimsə imperiya maraqlarına alət edə bilməz.

Bəli, Azərbaycan dövləti sülhün düşmənlərininsiyahısını tərtib dünyaya təqdim etməlidir ki, Cənubi Qafqaza müharibə gətirmək istəyən agentlər kimliyini hamı tanısın!”

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
2
icma.az

3Mənbələr