Mayın 2-dən Kürdəxanı qəsəbəsini metronun “Neftçilər” stansiyası və “8-ci kilometr bazarı” ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.
Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.