AZ

 Hindistanda Narmada çayında turist qayığı aşıb

Beş uşaq da daxil olmaqla doqquz nəfər itkin düşüb

Hindistanın Madhya Pradeş ştatında turist qayığı aşıb. Qəza nəticəsində ən azı 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

Yerli medianın məlumatına görə, Narmada çayındakı Bargi su anbarında qəfil güclü külək səbəbindən qayıq aşıb. Qayıq turist ekskursiyaları üçün istifadə olunurdu.

Xilasedicilər 24 nəfəri təxliyə etməyi bacarıb. Yaralılar xəstəxanalara aparılıb. Ölənlərdən doqquzunun cəsədi tapılıb.

Axtarış zamanı xilasedicilər əl-ələ tutan ana və oğulun cəsədlərini tapıblar.

Son məlumatlara görə, beş uşaq da daxil olmaqla doqquz nəfər hələ də itkin hesab ounur.

Axtarış-xilasetmə işləri davam edir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr