AZ

Dilənçilik edən şəxs saxlanıldı: Üzərindən görün nə qədər pul çıxdı

Türkiyənin Bilecik vilayətində dilənçinin üzərindən 32 min lirə (təxminən 1200 manat) pul aşkarlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan şəxs Türkiyə Cinayət Məcəlləsinin (CM) fırıldaqlıqla əlaqəli maddələrinə əsasən cərimələnib.

Məlum olub ki, həmin şəxs qısa müddət əvvəl Eskişehirdə də eyni üsulla saxlanılıb. Onun vətəndaşların emosiyalarını istismar edərək, müxtəlif yerlərdə dilənçilik etdiyi qeyd olunub.

Seçilən
18
publika.az

1Mənbələr