Bakı, 1 may, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri mayın 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının müvafiq bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.