AZ

Vətəndaşlar pullarını "TuranBank"dan geri çəkir

Bu ilin üç ayında "TuranBank"ın aktivləri 2026-cı ilin əvvəli ilə müqayisədə 0,6% azalaraq 907 milyon 176 min manatdan 901 milyon 279 min manata enib. Öhdəlikləri isə 1,06% azalaraq 802 milyon 369 min manatdan 793 milyon 899 min manata enib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bankın aktivlərinin azalmasında başlıca rolu nağd vəsaitlərinin kəskin enməsi olub. İlin əvvəlin qeydə alınan 107 milyon 718 min manat hazırda 81 milyon 910 min manata düşüb.

Bankın nağd vəsaitlərinin azalması kredit portfelinin kiçilməsi ilə nəticələnib.

"TuranBank"ın öhdəliklərinin azalmasında əhalinin maliyyə qurumundan pullarını geri çəkməsi rol oynayıb. Bankın ilin əvvəlində 468 milyon 532 min manat olan depozit portfeli ötən üç ayda 4,64% azalaraq 446 milyon 791 min manata enib. İstər fiziki, istərsə də hüquqi şəxslərin bankdakı vəsaitləri azalıb. Fiziki şəxslərin əmanətlərində 5 milyon 947 min manat (1,53%), hüquqi şəxslərin vəsaitlərində isə 15 milyon 795 min manat (20%) azalma qeydə alınıb.

2026-cı ilin ilk rübündə bankın cəmi əməliyyat gəlirləri 34 milyon 472 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 502 min manat, əməliyyat mənfəəti 6 milyon 970 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 4 milyon 90 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bu da onu göstərir ki, bankda vaxtı keçmiş kreditlərin həcmi çoxdur. Aktivlərin dəyərsizləşməsi riski yüksəkdir.

Seçilən
0
2
publika.az

3Mənbələr