Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 1 may, AZƏRTAC
Müasir dövrdə kolonializmin müxtəlif mexanizmlər vasitəsilə davam etdiyi, xüsusilə iqtisadi asılılıq və bəzi hallarda ədalətsiz hesab olunan hərbi mövcudluq kimi amillərin bu prosesi şərtləndirdiyi qeyd olunur. Eyni zamanda, bu məsələyə yanaşmada kolonializmdən zərər çəkmiş xalqların mövqeyinin əsas götürülməsinin vacibliyi vurğulanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında fransalı siyasi fəal Alexis Boni bildirib.
O qeyd edib ki, hazır həll yolları təqdim etmək əvəzinə, dinləmə və təvazökarlıq yanaşması üstün tutulmalıdır.
“Kolonizasiyaya məruz qalmış insanların təcrübəsi və baxışları əsas götürülməlidir. Həll yollarını da məhz onlar müəyyən etməlidir. Mən isə Fransa vətəndaşı kimi daha çox dinləmək mövqeyindən çıxış edirəm”, – deyə o əlavə edib.
Müxbir - Səbinə Əlizadə
Fotoqraf - Səfiyar Məcnun
Operator - Şövqi Əzizov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.