AZ

İran BMT-yə MÜRACİƏT ETDİ - Bu ölkələrdən təzminat TƏLƏB EDİR

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Qətər, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniyadan İran əleyhinə həyata keçirilən ABŞ-İsrail hücumlarında oynadıqları rola görə təzminat ödənilməsini tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə iranlı diplomat BMT-yə ünvanladığı rəsmi müraciətində bildirib.

İranın dövlət telekanalı "Press TV"nin yaydığı məlumata görə, İravani müraciətində deyib:

"İran İslam Respublikası öz qəti və dəyişməz mövqeyini bir daha təsdiqləyir. Beynəlxalq hüquqa zidd əməlləri ilə ABŞ və İsrail rejiminin İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzündə rol oynamış bütün dövlətlər məsuliyyətə cəlb edilməlidir".

İran rəsmisi həmçinin qeyd edib ki, sözügedən ölkələr İrana dəymiş "bütün maddi və mənəvi zərərə görə" kompensasiya ödəməlidir.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr