AZ

Somali sahillərində piratçılıq yenidən artır

Somali sahillərində son günlər ticarət gəmilərinə qarşı hücumlar və qaçırılmalar yenidən artıb. Bu yaxınlarda 3-4 gəminin hədəfə alındığı bildirilir.

“Əl-Cəzirə” telekanalı xəbər verir ki, hücuma məruz qalanlar arasında balıqçı gəmiləri və neft tankerləri də var. Bəzi gəmilərin qısa müddətdə ələ keçirilib sonra sərbəst buraxıldığı, digərlərinin isə hələ də piratların nəzarətində olduğu deyilir.

Beynəlxalq dəniz patrullarının diqqətinin başqa bölgələrə yönəlməsi, neft qiymətlərinin artması səbəbilə tankerlərin hədəfə çevrilməsi, yerli silahlı qrupların və keçmiş pirat şəbəkələrinin yenidən fəallaşması belə bir vəziyyətin yaranmasına səbəb olub. Bundan əlavə, Yaxın Şərqdəki proseslər də bu vəziyyətə şərait yaradan amillərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Somali sahilləri 2000-ci illərdə dünyanın ən təhlükəli piratçılıq bölgələrindən biri olub. 2011-ci ildə yüzlərlə hücum qeydə alınıb. Sonradan beynəlxalq hərbi əməliyyatlar sayəsində hücumlar xeyli azalıb. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr