AZ

Elvin Dəmirli işdən çıxarıldı Yeni təyinat KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov rəsmən vəzifəsindən azad edilib.

KONKRET.az-ın mia.az-a istinadən xəbərinə görə, mayın 1-də məzuniyyət müddəti bitən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov barədə əmr artıq rəsmiləşib: “O, artıq KTN-nin mətbuat katibi deyil”.

Məlumata görə, o, Həmkarlar İttifaqı Konfederasiyasında eyni adlı vəzifəyə gətirilib.

Bu vəzifədə indiyədək Elvin Dəmirli çalışırdı. O media və kommunikasiya şöbəsinin müdir əvəzi  vəzifəsinə 9 ay öncə təyin edilib. 2 əvvəl isə o şöbənin müdiri postuna rəsmən təsdiq edilmişdi.

Vüqar Hüseynovun təyinatı ilə Elvin Dəmirli də vəzifəsi ilə vidalaşmalı olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
5
konkret.az

6Mənbələr