
Ukrayna dronları Çelyabinsk vilayətindəki Şaqol aerodromunda bir neçə Su-57 qırıcı təyyarəsinə və bir Su-34 qırıcı-bombardmançı təyyarəsinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Nazirlik bildirib ki, Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin dronları aprelin 25-i aerodroma hücum edib. Bəyanatda vurğulanır ki, Şaqol Ukrayna sərhədindən təxminən 1700 kilometr məsafədə yerləşir. Baş Qərargah əlavə edib ki, təyyarəyə dəyən ziyanın dərəcəsi müəyyən edilir.
Ukrayna monitorinq kanalı “Exilenova+” 17 və 26 aprel tarixlərində aerodromun peyk görüntülərini yayımlayıb. Kanal iddia edir ki, bunlar Rusiya təyyarəsinin zədələndiyinin vizual təsdiqidir.